İranda qadınlar kişi cildində stadiona daxil oldu – VİDEO

OXUNUB: 679 DÜNYA

İranda  bir neçə qadın futbol matçında tamaşaçı qismində iştirak etmək üçün kişi kimi geyinərək üzlərinə saxta bığ-saqqal yapışdırıb.

İcmal.Az xəbər verir ki, hadisə İranın futbol çempionatında "Persopolis”lə "Sepidrud Reş” klubu  arasında keçirilən matçda qeydə alınıb.

Maraqlıdır ki, nə stadionun təhlükəsizlik əməkdaşları, nə də tribunada olan kişilər  həmin azarkeşlərin əslində qadın olduqlarının fərqinə varmayıb.

Qeyd edək ki, matçda "Sepidrud Reş” komandası 3:0 hesabı ilə qalib gəlib.

İcmal.Az

RƏYLƏR