İranda reper Saman Yasin edam cəzasına məhkum edilib

OXUNUB: 3505 Özəl ŞOU-BİZNES DÜNYA

7NEWS.az xəbər verir ki, İranda Mahsa Amini etirazlarında saxlanılan minlərlə adamın edam cəzası da daxil olmaqla ağır cəzalarla açıq məhkəmələrdə mühakimə olunacağı gözlənilir. Oktyabrın sonunda təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan kürd reper Saman Yasin edam cəzası gözlənilənlərdəndir.

İnsan haqları təşkilatları həyəcan təbili çalarkən Birləşmiş Millətlər Təşkilatı (BMT) beynəlxalq tədbirlər görməyə çağırıb. Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları üzrə Xüsusi Məruzəçisi Cavid Rəhman "İndiyədək nümayişlərdə uşaqlar da daxil olmaqla ümumilikdə 14 min adamın saxlanıldığını” izah edərək, Tehran rəhbərliyinin etiraz aksiyaları keçirməsinin də narahatlıq doğurduğunu bildirib. 

7NEWS.az

RƏYLƏR