İrandan Azərbaycana 6 kq-dan çox narkotik gəririlməsinin qarşısı alınıb

OXUNUB: 602 HADİSƏ

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış və qoşun tədbirləri nəticəsində ölkə ərazisinə narkotik vasitələrin qeyri-qanuni gətirilməsinin qarşısı alınıb.

DSX-dən 7NEWS-a verilən məlumata görə, aprelin 11-də, saat 01:25 radələrində Dövlət Sərhəd Xid­mətinin Sərhəd Qoşunlarının "Horadiz” sərhəd dəstəsinin xid­məti ərazisində İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsi yaxın­lı­ğındakı sərhəd zastavasının xidməti sahəsində dövlət sərhə­din­dən qaçaq yolla İran İslam Respublikasından Azərbaycan Res­pub­likasına narkotik vasitələri keçirmək istəyən və əraziyə "Mersedes-Benz” mar­kalı avtomobillə gələn 3 nəfər Azərbaycan Respublikasının və­tən­daşı 1978-ci il təvəllüdlü Şirinov Ramil İmamverdi oğlu, 1970-ci il təvəllüdlü Eyvazov İntiqam Eldar oğlu və 1974-cü il təvəllüdlü Abdullayev Qurban Cəmil oğlu şübhəli şəxs qismində saxlanılıblar.

Saxlanılan şəxslərə və nəqliyyat vasitəsinə baxış keçirilərkən ümumi çə­kisi 6 kq 330 qr olan qurudulmuş marixuana və 55 ədəd toxum narkotik vasitə aşkar olunaraq götürülüb.

 

 

Qeyd olunan fakt üzrə müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir, saxlanılan şəxslər barəsində cinayət işi başlanıl­ıb.

RƏYLƏR