İrandan gələn azərbaycanlı daxili orqanında narkotik gətirmək istədi

OXUNUB: 281 HADİSƏ

Dövlət Gömrük Komitəsi (DGK) Astara Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında İrandan piyada yolla gələn Azərbaycan vətəndaşının üzərində aparılan yoxlama zamanı zərurət yarandığından həmin şəxs tibbi müayinədən keçirilib. 

DGK-dan İcmal.Az-a verilən məlumata görə, yoxlama zamanı onun daxili orqanından - düz bağırsağından 3 ədəd bağlamada ümumi çəkisi 63,410 qram narkotik vasitə - heroin və 47,230 qram psixotrop maddə - metamfetamin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

 

İcmal.Az

RƏYLƏR