İrandan gələn azərbaycanlının daxili orqanında narkotik aşkarlandı

OXUNUB: 574 HADİSƏ

Dövlət Gömrük Komitəsi (DGK) Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn ölkə vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Bu barədə İcmal.Az-a DGK-dən məlumat verilib.

Məlumata görə, şəxsi yoxlama zamanı zərurət yarandığı üçün vətəndaşın daxili orqanları həkim müayinəsindən keçirilib. Nəticədə, vətəndaşın düz bağırsağında 1 ədəd bükümdə xalis çəkisi 56,5 qram olan narkotik vasitə - heroin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

İcmal.Az

RƏYLƏR