İraq ordusu İŞİD-in xəlifəlik elan etdiyi məscidə doğru irəliləyir

OXUNUB: 1054 DÜNYA
Mosulda İraq ordusunun hərbi əməliyyatları davam edir.


Ordu birləşmələri terror qruplaşmasının lideri tərəfindən üç il əvvəl xəlifəlik elan edilən Əl Nuri məscidinin bir neçə yüz metrliyindədir.

İŞİD terrorçularının Mosuldan tam təmizlənməsinə çox az qalıb. İraq ordusu bu gün səhər saatlarında Əl Nuri məscidinə yaxınlaşdığını bildirib. Verilən xəbərə görə ordu ilə məscid arasındakı məsafə 300 metrdən də azdır.

İŞİD hazırda cəmi iki məhəlləyə nəzarət edir. Köhnə Şəhər səmtinin labirint kimi küçələri terrorçuların işinə yarayır. Bir çox nöqtəni minalayan terrorçular snayperlər ilə əsgərlərə müqavimət göstərirlər.

İraq ordusu isə şəhərdə 100 mindən çox mülki əhalinin olduğu üçün çox diqqətli addımlar atır./olke.az
 
İcmal.Az

RƏYLƏR