İraq və Fransa arasında strateji tərəfdaşlıq sazişi imzalanıb

OXUNUB: 241 Özəl DÜNYA
Fransa prezidenti Emmanuel Makron ilə İraqın baş naziri Məhəmməd Şia Sudani arasında keçirilən görüş nəticəsində İraq və Fransa arasında strateji tərəfdaşlıq müqaviləsinin imzalandığı açıqlanıb. 

7NEWS.az xəbər verir ki, İraqın baş naziri Məhəmməd Şia Sudani sosial media hesabından İraq və Fransa arasında strateji tərəfdaşlıq müqaviləsi imzalandığını açıqlayıb. 

Sözügedən razılaşmanın iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın üfüqlərini genişləndirəcək bir yol xəritəsi təyin edəcəyini qeyd edən Sudani, "İraqın iqtisadi islahatını və davamlı inkişafını təmin edən ciddi tərəfdaşlıqlar üçün dostlarımızla işləməyə davam edəcəyik” deyə bildirib. 

7NEWS.az

RƏYLƏR