İraqda alman qadına ölüm cəzası verildi

OXUNUB: 701 DÜNYA

İraqda Mərakeş əsilli Almaniyalı qadın terrora dəstək göstərməkdə təqsirli bilinərək, ən ağır cəzaya məhkum edilib. Qadın dar ağacından asılma yolu ilə edam ediləcək.

Bu barədə İraq kütləvi informasiya vasitələri yerli məhkəmə nümayəndəsinə istinadən məlumat yayıb.

Məhkəmə araşdırmasına görə, müttəhim terrorçu qruplaşmalara maddi-texniki dəstək göstərib, cinayətlərin təşkilinə kömək edib.

Xatırladaq ki, ötən ilin sentyabr ayında Rusiya vətəndaşı İŞİD üzvü kimi döyüşlərdə iştirak etdiyinə görə ölüm cəzasına məhkum olunmuşdu./oxu

İcmal.Az

RƏYLƏR