İraqda etirazçılar İranla sərhəd yolunu bağladılar

OXUNUB: 592 DÜNYA

İraq hökumətinin asayiş çağırışları və vədlərinə baxmayaraq, güneydəki etirazçılar aksiyalarına davam edir.

 Ölkənin cənub-qərbindəki Meysan şəhərində toplanan etirazçı kütlə İran Sərhəd Qapısına gedən əsas yolu bağlayıb.

Hökumətdən xidmətlərin yaxşılaşdırılmasını istəyən etirazçılar su və elektrik fasilələri və işsizlik problemlərini tənqid edən plakatlar qaldırıblar.

Təhlükəsizlik qüvvələri yolu açmaq üçün aksiyaya müdaxilə edib və etirazçılardan bəziləri saxlanılıblar.

İraqın yeganə gəlir mənbəyi olan xam neft ixracının böyük bir qismini tədarük edən Bəsrə vilayətində 8 iyulda başlayan mitinqlər Zikar, Babilistan, Meysan, Divaniyyə, Nəcəf və son olaraq da paytaxt Bağdada sıçramışdı. Aksiyalarda 6 nəfər həyatını itirmiş, onlarla insan yaralanmışdı.

Həyat şərtlərinin yaxşılaşdırılmasının tələb edildiyi nümayişlərdə su və elektrik xidmətlərindəki problemlər, işsizlik və dövlət idarələrindəki qanunsuzluqlara etiraz edilib.

 

İcmal.Az

RƏYLƏR