“İrəli” İctimai Birliyi 2022-ci il üzrə növbəti təcrübə proqramını elan edir

OXUNUB: 402 QHT SOSİAL
"İrəli” İctimai Birliyi gənclərin hərtərəfli inkişafı, o cümlədən yeni bilik və bacarıqların əldə olunmasına dəstək məqsədi ilə 2022-ci il üzrə növbəti təcrübə proqramını elan edir.

Birliyin Mətbuat xidmətindən bildirilib ki, təcrübə proqramında iştirak etmək istəyən gənclər qurumun Mətbuat, Layihələrlə iş, Təhsil və təlim, Beynəlxalq əlaqələr və Üzvlərlə iş katiblikləri, habelə "İrəli” Media Mərkəzi üzrə qeydiyyatdan keçə bilərlər. Proqrama qoşulmaq istəyən gənclərin seçim prosesi iki mərhələdə – müraciətlərin qəbulu və müsahibələrin keçirilməsi üzrə aparılacaq.

Təcrübə proqramına 17-25 yaşlarında, təşəbbüskar, motivasiyalı, məsuliyyətli və komanda ilə işləmə bacarığına sahib olan gənclər qatıla bilərlər. Üç ay davam edəcək müddətini uğurla başa vuran gənclər şəhadətnamə ilə təltif olunacaqlar.

Qeyd edək ki, təcrübə proqramı ödənişsiz şəkildə həyata keçirilir və müraciətlərin qəbulu 22 sentyabr 2022-ci il tarixinədək davam edəcək. Qeydiyyatdan keçmək istəyən gənclər aşağıdakı linkə keçid edə bilərlər: https://bit.ly/3RODpFs

RƏYLƏR