“İrəli” İctimai Birliyi QHT əməkdaşlarının inkişafı istiqamətində yeni layihəyə start verib

OXUNUB: 601 SOSİAL
"İrəli” İctimai Birliyinin təşkilatçılığı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "QHT Əməkdaşlarının Media və PR Bacarıqlarının Artırılması” layihəsinə start verilib.

Birlikdən 7NEWS.az-a məlumat verilib ki, Göygöl rayonununda həyata keçirilən layihə çərçivəsində müxtəlif qeyri-hökumət təşkilatlarını təmsil edən ümumilikdə 35 iştirakçı yeni media mühitində ictimaiyyətlə əlaqələr sisteminin qurulması, sosial mediada düzgün məzmunun yaradılması və idarəedilməsi, müəssəsisələrin brend kimi formalaşmasında sosial şəbəkələrin rolu, faydalı sosial media alətləri, siyasi təqvimlər, siyasi gündəm, qanunvericilik prosedurları ilə iş prinsiplərinin başa düşülməsi, aidiyyəti üzrə müvafiq icrası, uğurlu media tədbirlərinin təşkili və digər mövzular ilə əlaqədar təlim və görüşlərdə iştirak edəcək. Həmçinin layihə çərçivəsində müxtəlif praktiki sessiya, ictimai müzakirə və digər maraqlı tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, həyata keçirilən layihənin əsas məqsədi QHT əməkdaşlarının bilik və bacarıqları artırmaq, onların fəaliyyətlərinin mətbuat və sosial şəbəkələrə çıxış imkanlarını gücləndirmək, aparılan PR-ın səmərəliliyinin yüksəldilməsinə nail olmaq, həyata keçirilən təlim və görüşlərlə kütləvi informasiya vasitələri ilə yeni əməkdaşlıqlar qazanmaq, o cümlədən mövcud əməkdaşlıqları daha da gücləndirməkdir.
Нет описания.
Нет описания.
Нет описания.

RƏYLƏR