İrəvan yenidən qarışdı: Qarabağ qiyamçılarına görə küçələr bağlandı

OXUNUB: 645 DÜNYA
İrəvanda 2016-cı ildə işğal olunmuş ərazilərin Azərbaycana qaytarılması planına etiraz olaraq qiyam törətdikləri üçün dövlət çevrilişi ittihamı ilə həbs olunan "Sasna Srer” qruplaşmasının üzvləri etiraz aksiyalarına başlayıb.
 Arşakunyas prospektini bağlayan etirazçılar qrupun lideri Jirayr Səfilyan və digərlərinin həbsdən azad olunmasını tələb edirlər.

Baş nazir Nikol Paşinyan Serj Sarkisyanın dövründə həbs olunan qrup üzvlərinin azadlığa buraxılması məsələsinə soyuq yanaşır və bildirib ki, kimsə ondan bunu gözləyirsə, yanılır.

Onun bu açıqlamasından sonra "Sasna Srer”in tərəfdarları İrəvan məhkəməsinin binasını blokadaya alaraq, yolları bağlayıb.

Aksiyaya rəhbərlik edən Pavel Yeqiazaryan bildirib ki, məhkəmədə müsbət qərarın çıxmasına qədər binanın mühasirəsini davam etdirəcəklər.

İcmal.Az

RƏYLƏR