İri fabrikdə yanğın: FHN-nin polkovnik-leytenantı yaralandı

OXUNUB: 745 SOSİAL

Ağstafa rayonunda fabrikdə yanğın olub, Fövqəladə Hallar Nazirliyinin (FHN) polkovnik-leytenantı xəsarət alıb.

İcmal.Az Report-a istinadən xəbər verir ki, hadisə rayonda yerləşən "Akkord-Tekstil" fabrikində baş verib. Ümumi sahəsi 600 kvadratmetr olan fabrikin 160 kvadrat metrlik 2 otağında baş verən yanğın zamanı texnika və əşyalar yanıb.

Hadisə yerinə FHN-nin Ağstafa rayon Yanğından Mühafizə Hissəsinin (YMH) əməkdaşları və yanğınsöndürən maşınları cəlb olunub. Yanğının söndürülməsində iştirak edən Ağstafa YMH-nin rəisi, polkovnik-leytenant Sənan Mansurov xəsarət alıb. Belə ki, fabrikin sınan şüşələri S.Mansurovun üz və əl nahiyələrinə kəsik xəsarətləri yetirib.

Yanğının başvermə səbəbləri araşdırılır.

İcmal.Az


RƏYLƏR