İrina Şeyk hamiləliyini gizlədə bilmədi - Fotolar

OXUNUB: 808 ŞOU-BİZNES
Model İrina Şeyk sevgilisi, aktyor Bredli Kuper və bir yaş 5 aylıq qızı Lea ilə İtaliyada istirahət edir.

 
İcmal.Az xarici mediaya istinadən xəbər verir ki, 32 yaşlı model tətildə çəkilmiş şəklini izləyiciləri ilə bölüşüb.

Fotoda qəmli görünən Şeykin hamilə olduğu gözdən yayınmayıb. O, əli ilə qarnını gizlətməyə çalışsa da, amma sevənləri İrinanın yenidən ana olduğunu gözdən qaçırmayıblar və onu bu münasibətlə təbrik ediblər.

Qeyd edək ki, Bredli ilə gizli nişanlandığı deyilən model ötən ilin martında ilk dəfə ana olub. 



İcmal.Az

RƏYLƏR