Çirkli çimərliklərə gedənləri hansı aqibət gözləyir? – İnfeksiya TƏHLÜKƏSİ

OXUNUB: 40 SOSİAL
Vaxtaşırı olaraq çirkli çimərliklərin siyahısı açıqlansa da, hələ də buralara üz tutanlar var.
İnfeksionist Vüqar Cavadzadə "Yeni Sabah”a açıqlamasında deyib ki, çirkli dəniz suyu ilk növbədə infeksion xəstəliklərə, xüsusən də mədə-bağırsaq xəstəliyinə səbəb ola bilər:

"Çirkli suda bağırsaq çöplərinin miqdarı çox olur ki, bu da infeksiya ilə əlaqəli bir sıra xəstəliklərə, o cümlədən də eşerixioz xəstəliyinin yaranmasına gətirib çıxarır. Digər tərəfdən, çirklənmiş su dəridə infeksion xəstəliklərin, eləcə də göbələk xəstəliyinin yaranmasına səbəb ola bilər”.

İnfeksionist bildirir ki, çirkli olduğu açıqlanan çimərliklərdən qəti şəkildə uzaq durmaq lazımdır:

"Respublika Gigiyena və Epidemiologiya Mərkəzi çimərliklərdə dəniz suyunun keyfiyyət göstəricilərini müəyyənləşdirmək üçün monitorinqlər həyata keçirir. Çirklənmə dərəcəsi çox olan dənizlərlə bağlı əhaliyə xəbərdarlıq edirlər. Çirklənmə göstəricisi yüksək olan dənizlərdə çimmək tibbi baxımdan düzgün deyil”.

İcmal.Az

RƏYLƏR