'İrşad Telekom'un kredit kampaniyası fırıldaq imiş - OXUCU MƏKTUBU

OXUNUB: 2095 GÜNDƏM TƏHLİL

Dünən faizsiz kreditlə verilən telefon və digər məhsulların həvəsi ilə şirkətin mağazasına yollanan insanların əksəriyyəti evinə məyus qayıdıb.

Belə ki, kredit üçün müraciət edən şəxslərin çoxu müxtəlif bəhanələrlə geri qaytarılıb. Redaksiyamıza məktub ünvanlayan Yusif adlı oxucumuz da belələrindəndir: "Dünən "İrşad Telekomdan faizsiz kreditlə telefon almaq istəyirdim. Amma müraciətimi qəbul etmədilər. İstədiyim telefonun qiyməti 600 manatdı. Bunun krediti ayda 50 manat edir. Mənim isə aylıq maaşım 500 manatdı. Lakin mənə dedilər ki, sən bu pulu ödəyə bilməzsən, sənə ən çox 350 manatlıq telefon verə bilərik. İstəyirsənsə, götür, istəmirsən, özün bilərsən. Mənim yanımda ən azı 4-5 nəfəri də belə yola saldılar. Bu hələ mən gördüklərim idi. Bu, biabırçılıqdı. Əgər kredit vermək istəmirlərsə, bu kampaniyanı niyə keçirirlər?”

Bundan başqa, tanıdığımız daha bir neçə nəfər də bizə analoji halla üzləşdiyini bildirdi. Azxeber.com olaraq qarşı tərəfin də fikrini yayımlamağa hazırıq. Mövzu ətrafında araşdırmalara davam edəcəyik. /azxeber.com

İcmal.Az

RƏYLƏR