İş dünyasında bir ilk: Süni intellekt direktor TƏYİN EDİLDİ

OXUNUB: 645 Özəl Texnologiya DÜNYA
Çində fəaliyyət göstərən "NetDragon Websoft” mobil oyun şirkəti süni intellektlə işləyən virtual insanabənzər robot Tang Yu-nu törəmə şirkəti "Fujian NetDragon Websoft”un baş direktoru təyin edib.

7NEWS.az xəbər verir ki, şirkətin bəyanatına görə, Tang Yu proseslərin gedişatını sadələşdirəcək, iş tapşırıqlarının keyfiyyətini yüksəldəcək və icra sürətini artıracaq. Süni intellektlə işləyən bot həm də gündəlik əməliyyatlarda rasional qərarların qəbulunu dəstəkləmək və daha effektiv risklərin idarə edilməsi sistemini təmin etmək üçün real vaxt rejimində məlumat mərkəzi və analitik alət rolunu oynayacaq.

7NEWS.az

RƏYLƏR