İş vədi ilə sənədləri alır, sonra yaxtalarda... - 14-17 yaşlarında 250 qıza qarşı DƏHŞƏTLİ ƏMƏLLƏR - FOTO

OXUNUB: 859 DÜNYA

Kolumbiya polisi yeniyetmə qızları seksual köləlikdə saxlayan və onları fahişəliyə məcbur edən 18 nəfəri saxlayıb.

 Bu haqda "The Sun” nəşri bildirib.

Saxlananların arasında gözəl Kampos Puella da var. O, sadəlövh qızların "işə” cəlb edilməsinə cavabdeh idi.

Nəşr qeyd edir ki, Kampos Puella Venesuela və Kolumbiyanın kasıb bölgələrindən onlarla qızı cəlb edib. O, yeniyetmə qızlara Kartaxena kurortunda modellərlə iş söz verir, amma bunun əvəzində sənədlərini əllərindən alaraq onları seksual köləliyə məcbur edirdi.

Müştərilər isə olduqca zəngin insanlar arasından seçilirdi. Kampos Puella yaxtalar və mehmanxanalarda əyləncə gecələri üçün yeniyetmələri müstəqil seçir və onları müştərilərə verirdi. Bu, ona təmtəraqlı həyat sürməyə imkan verirdi. Sutenyorların əlində yaşları 14-dən 17-yə qədər olan təxminən 250 qız var idi.

Cinayətkar qrupu polis tərəfindən yaxalandıqdan sonra məlum olub ki, Kampos Puellanın üzərində heroinin qanunsuz dövriyyəsi üçün məhkumluq var. Bundan başqa, onun Birləşmiş Ştatlara girişi qadağan edilib./publika

 

İcmal.Az

RƏYLƏR