İşdəki problemlərindən danışan arvadını bıçaqladı - “Bəsdir, bezdirdin...”

OXUNUB: 782 HADİSƏ

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını bıçaqlamaqda təqsirləndirilən İlham Məşədiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Qafqazinfo"nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Şəkər Məmmədovanın icraatında olan prosesdə vəkil müdafiə çıxışı edib: "Həyat yoldaşı Şərqiyyə xanım işdə olan problemlərini İ. Məşədiyevə danışıb. O isə "bəsdir, bezdirdin məni" deyərək əsəbiləşib. Əlində bıçaqla onu itələyib və təsadüf nəticəsində bıçaq arvadına dəyib.

Onların iki övladı var. Arvadı Ş.Məşədiyeva məhkəməyə müraciət edərək günahın özündə olduğunu, həqiqətən də ərini çox yüklədiyini və şikayətçi olmadığını deyib".

İ.Məşədiyev son söz demək üçün vaxt istəyib. Məhkəmə prosesi iyunun 21-də davam etdiriləcək.

Dövlət ittihamçısı çıxış edərək İ.Məşədiyevin 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İcmal.Az

RƏYLƏR