İŞİD ABŞ və Rusiyanı terror aktları ilə təhdid edir

OXUNUB: 753 DÜNYA

"İslam Dövləti” terror qruplaşması tərəfdaşlarını ABŞ, Avropa, Rusiya, Avstraliya, İraq, Suriya, İran və Filippində müsəlmanlar üçün müqəddəs olan Ramazan ayında hücumlar etməyə çağırıb. 

Bu çağırış iyunun 12-də şifrəli proqramda yayılıb. 

Çağırışı qruplaşmanın spikeri Abi əl-Hasan əl-Mühədcirin səsləndirdiyi ehtimal edilir. İŞİD "kafirlər və mübarizə yolundan dönənlərlə” döyüşə çağırır. Gələcək terrorçulara Avropa və Yaxın Şərqdə terror aktları törədən kamikadzelər nümunə göstərilir. 

Çağırış İŞİD-in İraq və Suriyada – Mosul və Rakkada əsas mövqelərinin təhvil veriləcəyinə dair informasiyanın fonunda meydana gəlib. 

2017-ci ildə Ramazan mayın 26-dan iyunun 24-ə qədər sürəcək. /oxu

İcmal.Az

RƏYLƏR