İŞİD cəlladları ələ keçirildi

OXUNUB: 615 DÜNYA

Suriyada İŞİD terrorçu qruplaşmasının iki britaniyalı üzvü – 34 yaşlı Aleksanda Koti və 29 yaşlı Əl Şəfi Əl-Şeyx kürd döyüşçüləri tərəfindən ələ keçirilib.

 Bu şəxslər  İŞİD-in "işgəncə aparatının” sağ qalan sonuncu üzvləri idi. 

ABŞ rəsmiləri səlis ingilis dilində danışan "işgəncə  aparatı” üzvlərinin Qərb ölkələrindən olan azı 27 vətəndaşı, o cümlədən jurnalistləri və humanitar işçiləri edam etdiyini iddia edir.

Koti və Əl-Şeyxin də daxil olduğu Londondan olan cəllad dördlüyünə qeyri-rəsmi olaraq İŞİD-in "Bitlz” qrupu adı verilmişdi.

"İşgəncə aparatın” rəhbəri Məhəmməd Emvazi 2015-ci ildə Suriyada aviazərbə nəticəsində həlak olub. İŞİD təbliğat videolarının əksəriyyətində danışan Emvazi girovların başını kəsməzdən əvvəl Qərb hökumətlərinə təhdid dolu ismarıclar göndərirdi.

Aparatın digər üzvü Eyn Devis isə 2015-ci ildə İstanbulda saxlanılıb./oxu

İcmal.Az

RƏYLƏR