İŞİD Dağıstandakı atışmaya görə məsuliyyəti öz üzərinə götürüb

OXUNUB: 537 DÜNYA

İŞİD terror qurplaşması Dağıstanda pravoslav kilsəsinə hücuma görə məsuliyyətini öz üzərinə götürüb.

Bu barədə terrorçuların fəaliyyətinin monitorinqi ilə məşğul olan "Directorate 4” Telegram kanalı yazıb.

Analitiklər yaraqlıların "Amak” agentliyinin məlumatına istinad edirlər.

Xatırladaq ki, fevralın 18-də Dağıstanın Kizlər şəhərində Maslenitsa bayramının qeyd olunduğu kilsədə 22 yaşlı Xəlil Xəlilov insanlara atəş açıb. 

Hadisə nəticəsində 5 nəfər ölüb, 4-ü yaralanıb. X.Xəlilov polis əməkdaşının açdığı cavab atəşi ilə öldürülüb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır./oxu

İcmal.Az

RƏYLƏR