İŞİD-dən qaçıb Türkiyəyə sığındılar

OXUNUB: 886 DÜNYA
Xarici döyüşçülər İŞİD terror qruplaşmasının sıralarını tərk edərək Türkiyəyə sığınırlar.


Amerikalı Keri Pol Kleman və ingilis Stefan Aristidu həyat yoldaşları ilə İŞİD-dan qaçıblar. Tvitter sosial şəbəkəsi vasitəsilə qaçaqçılarla əlaqə quran terrorçular 2.500 dollar verərək Türkiyəyə sığınıblar.

İki il İŞİD-in nəzarəti altında olan bölgədə yaşayan iki xarici döyüşçü arvadları və uşaqları ilə Kilis sərhəd məntəqəsində türk təhlükəsizlik qüvvələrinə təslim olublar. İngiltərə vətəndaşı Aristidu Bangladeş əsilli ingilis arvadı ilə, Kleman da suriyalı arvadı və iki misirli qadınla Türkiyəyə sığınıb. Kleman və Stefan həbs edilib. Arvad-uşaqları isə miqrasiya idarəsinə göndərilib. Suriyaya savaşmaq yox, yaşamaq üçün getdiyini deyən və Rakka, Əl-Babda yaşadığını etiraf edən Aristidu 2015-ci ildə Kiprə uçduqdan sonra yoxa çıxmışdı.

47 yaşlı Florida sakini Klemanın isə 4 uşağı var. O, müsəlman olduqdan sonra Musa adını alıb. 2007-ci ilə qədər ABŞ-da yaşadıqdan sonra Misirə köçüb. 2008-ci ildə Dubaya uçan Kleman suriyalı qadınla evlənib./olke.az
 
 
İcmal.Az

RƏYLƏR