İŞİD döyüşçüləri Rakkanı girovlarla birlikdə tərk edəcək

OXUNUB: 602 DÜNYA

İŞİD döyüşçüləri girovlardan "canlı sipər” kimi istifadə edərək Suriyanın Rakka şəhərini tərk edəcək.

Bu barədə "Reuters" xəbər verib.

Hazırda terrorçular "Suriya demokratik qüvvələr” alyansı tərəfindən mühasirəyə alınıb. Alyansın nümayəndəsinin sözlərinə görə, terrorçular seçim qarşısındandır: təslim və ya məhv olmaq.
Lakin Mülki Şuranın nümayəndəsi Ömər Əlluş sözləyib ki, döyüşçülərə şəhəri oktyabr 15-də axşam saatlarında tərk etməyə icazə verilib. Onlar 400-dək mülki vətəndaşı "canlı sipər” kimi özləri ilə birlikdə aparmaq niyyətindədir. Şəhəri tərk edəcək terrorçuların sayı barədə məlumat verilmir.

Məlumata görə, son sutka ərzində 100-dək İŞİD-çi təslim olub./report

 

 

İcmal.Az

RƏYLƏR