İŞİD-ə qoşulmuş 17 yaşlı qız ələ keçdi: "Yalvarıram, mənə toxunmayın!" - VİDEO - FOTO

OXUNUB: 741 DÜNYA

İraqın Mosul şəhərinin cənubunda, darmadağın olmuş evin uçqununda aşkarlanan 16 yaşlı qız ağlayır, aman istəyirdi.

İraqlı hərbçilərsə onun qollarından tutaraq sürüyüblər və zirehli maşına tərəf aparıblar.

Bu qız 17 yaşlı alman Linda Venseldi.

Linda Vensel 15 yaşı olanda Almaniyanın şərqindəki Pulşnits şəhərini, evini tərk edərək Türkiyəyə yollanmış, oradan qaçaqmalçıların köməyi ilə Suriyaya keçmiş, "İraq və Şamda İslam Dövləti" (İŞİD) terror təşkilatına qoşulmuşdu.

Lindanı İŞİD-ə sosial şəbəkədə tanış olduğu çeçen terrorçu cəlb etmişdi.

Çeçen terrorçu ilə Suriyada yaşayan Linda sonradan "ər"i ilə birlikdə Mosula yollanmışdı.

Mosulun İŞİD-dən azad edilməsi əməliyyatı zamanı bu şəhərdə 25 min terrorçunun həlak olduğu bildirilir.

Linda isə sağ qalmağı bacarıb və yaralı vəziyyətdə iraqlı hərbçilərin əlinə keçib.

"Ona yer verin. Bu qız xristiandır, almandır. Yaralıdır. Maşına tərəf aparın", - iraqlı hərbçilərdən biri deyib.

Lindanın dediyinə görə, onların dəstəsində Almaniyanın Mannheym şəhərindən gələn, özünü "Laviyə" adlandıran qadın və onun 21 yaşlı qızı "Nadiya" da vardı.

 

"Almaniyaya, evə qayıtmaq istəyirəm. Savaşdan, qandan yorulmuşam", - Linda Vensel söyləyib. Onun sözlərinə görə, sağ əlindən və sol baldırından yaralanıb.

Lindanın atası, inşaatda fəhlə işləyən 52 yaşlı Reyner Vensel qızını gözləyir.

"Qızımın Mosulda tutulduğunu eşidəndə az qaldı huşumu itirim. Qızım sağdır. İşdə eşitdim bu xəbəri. Yerə çökdüm, ağladım. Balaca qızımı dərhal tanıdım. Uşaq vaxtı yıxılmışdı, qaşı çapılmışdı. O çapıqdan tanıdım. Qızımı hələ belə qəmli görməmişdim. Qızım iki il əvvəl evdən çıxanda mənə dedi ki, rəfiqəsi ilə parka gedir. Evdəki pulları götürüb hava limanına yollanıbmış. Oradan da İstanbula gedib. Sonra eşitdim ki, Suriyaya keçib", - R.Vensel söyləyib.

R.Vensel qızının anasından, 48 yaşlı Katarinadan ayrı yaşayır. Katarina Vensel də qızının sağ olduğunu eşidən kimi Reynerə zəng vurub.

Linda Vensel hazırda İraqın paytaxtı Bağdadda, həbsxanadadır.

İraq qanunvericiliyinə görə, Linda Venseli edam cəzası gözləyir. Lakin bu cəzanın tətbiq ediləcəyi ağlabatan deyil.

Almaniyanın hakimiyyət dairələri rəsmi Bağdadla danışıqlar aparır, L.Venselin ekstradisiyasına çalışırlar./milli

 

İcmal.Az

RƏYLƏR