İŞİD-in ABŞ üçün yeni TERROR PLANI

OXUNUB: 540 DÜNYA

İŞİD ABŞ üçün ciddi terror planı hazırlayır.

 ABŞ-ın Federal Təhqiqatlar Bürosunun (FTB) rəhbəri Kristofer Rey Konqresdə çıxışı zamanı İŞİD-in ölkə üçün potensial təhlükə olduğunu qeyd edib: "İŞİD və ölkədə gizli şəkildə fəaliyyət göstərən digər terror qruplaşmaları ölkəmiz üçün ən ciddi təhlükə mənbəyidir”.

O, çıxışı zamanı Amerika vətəndaşları arasında bu qruplaşmalara qoşulan şəxslərin aşkarlanmasının vacib olduğunu da diqqətə çatdırıb: "İŞİD sıralarına qoşulmaq istəyən amerikalılar da çoxdur. Təəssüf ki, həmin şəxslər ölkə ərazisində gerçəkləşə biləcək terror aktlarına dəstək verirlər. Bu səbəbdən onların tez zamanda ifşa edilməsi məsələsinə xüsusi diqqət ayrılmalıdır. Bununla yanaşı ölkədəki ekstremist hərəkatlar da ABŞ-ın milli təhlükəsizliyinə ciddi təhlükədir”.

Kristofer Rey "Əl Qaidə”dən gələn təhlükəni də qısa şəkildə şərh edərək, təşkilatın üzvlərinin Pakistan və Əfqanıstanda ABŞ və onun müttəfiqlərinə təhlükə yaratmaq niyyətində olduqlarını deyib./publika

İcmal.Az

RƏYLƏR