İŞİD-in Əfqanıstan lideri öldürüldü

OXUNUB: 881 DÜNYA
İŞİD-in Əfqanıstan lideri Abdul Hasib öldürülüb.


"Ölkə.Az" xəbər verir ki, terrorçu 10 gün əvvəl keçirilən əməliyyat çərçivəsində qətlə yetirilib.

Əfqanıstanın şərqindəki  Nangarhar vilayətində İŞİD terror qruplaşmasının lideri öldürülüb. Bu barədə Əfqanıstan prezidentinin ofisindən məlumat verilib. Açıqlamaya əsasən Hasib əfqan xüsusi təyinatlıları tərəfindən 10 gün əvvəl həyata keçirilən əməliyyat çərçivəsində qətlə yetirilib. Hasib mart ayında Kabildə hərbi xəstəxanaya qarşı edilən terror aktına görə məsuliyyət daşıyırdı.

Açıqlamada həm də bildirilir ki, ölkədə İŞİD terrorçularına qarşı əməliyyat davam edir. Bu günə qədər yüzlərlə terrorçu qətlə yetirilib. Heç bir terror qruplaşması Əfqanıstanda hədəfinə nail olmayacaq.
 
İcmal.Az

RƏYLƏR