İŞİD-in "hərbi naziri" məhv edildi

OXUNUB: 724 DÜNYA

Suriya hakimiyyəti İŞİD-in "hərbi naziri"nin məhv edildiyi barədə məlumat yayıb.

Suriya dövlət televiziyası hərbi mənbələrə əsaslanaraq xəbər yayıb ki, terrorçuların "hərbi naziri" Əbu Musab əl-Məsri Hələbin şərqində aparılan əməliyyatlar zamanı öldürülüb.
 
Onunla birlikdə İŞİD-in Səudiyyə Ərəbistanı və İraq vətəndaşı olan daha bir neçə yüksək vəzifəli yaraqlısı da məhv edilib.
 
Lakin məlumatda o da bildirilir ki, bu informasiya İraq KİV-in xəbərləri ilə ziddiyyət təşkil edir.
 
Belə ki, İraq KİV-in məlumatlarında İŞİD-in "hərbi naziri"nin terrorçuların sıralarına 6 il əvvəl qoşulmuş, İraq Respublika Qvardiyasının keçmiş briqada generalı Yasin əl-Muadidi olduğu bildirilir.  
 
Onun sələfi isə ABŞ Hərbi Hava Qüvvələrinin İŞİD-in İraqdakı mövqelərini bombalaması zamanı öldürülmüş Əbu Umar əş-Şişani (Gürcüstan vətəndaşı Tarxan Batiraşvili) olub.  
 
Bunun yanaşı, İran KİV İŞİD-in "hərbi naziri"nin Tacikistan OMON-un sabiq komandiri, polkovnik, "əl-Taciki" kimi məşhur olan Gülmurod Halimovun təyin edildiyi barədə xəbərlər yayıb. /apa

 İcmal.Az


RƏYLƏR