İŞİD-in yeni liderinin təyin olunduğu xəbəri yayılıb

OXUNUB: 515 GÜNDƏM
İŞİD terror təşkilatının rəhbəri Əbubəkr əl-Bağdadinin dünən öldürülməsi xəbərinin ardınca terror təşkilatının yeni liderinin təyin olunduğu barədə məlumat yayılıb. "Newsweek” saytı həmin şəxsin əl-Bağdadinin dini işlər üzrə köməkçisi Hacı Abdullah əl-Afari ləqəbli terrorçu Abdullah Qardaşın olacağı ilə bağlı xəbər verib. 
Qeyd edək ki, əl-Bağdadinin öldürülməsi xəbərini ABŞ prezidenti Donald Tramp elan etdikdən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da "Twitter" hesabından "terrora qarşı apardığımız birgə mübarizəmizin dönüş nöqtəsinə çatdıq, Türkiyə bundan öncə olduğu kimi, bundan sonra da terrorla mübarizəyə davam edəcək”, - meajını paylaşıb. 
Əl-Bağdadinin öldürülməsində ABŞ Rusiyaya, Türkiyəyə, Suriyaya, İraqa və suriyalı kürdlərə təşəkkür edib.
Suriyanın İdlib vilayətindəki bu ortaq əməliyyata 8 helikopterin cəlb edildiyi bildirilir.

RƏYLƏR