İŞİD İraqda kəndə hücum etdi: 7ölü

OXUNUB: 448 DÜNYA

Çərşənbə axşamı İŞİD terror qruplaşması yaraqlılarının Bağdad ətrafına hücumları nəticəsində azı 7 nəfər ölüb, daha 9-u isə yaralanıb.

İcmal.Az xəbər verir ki, silahlı hücum İraq paytaxtının şimalında yerləşən Ət-Tarmii kəndində törədilib. Yaşayış məntəqəsi bir neçə gün əvvəl güc strukturları əməkdaşları ilə silahlı toqquşmadan sonra ekstremistlərin nəzarətinə keçib.

Hazırda ölənlərin sayı barədə məlumat ilkin xarakter daşıyır. Kanalın ordudakı mənbələrə istinadən yaydığı məlumata görə, yaraqlıların hücumu nəticəsində çoxlu sayda dinc sakin həlak olub.

İcmal.Az

RƏYLƏR