İŞİD İraqda peşmərgələrə hücum etdi — Ölən və yaralananlar var

OXUNUB: 752 DÜNYA
İŞİD İraqda peşmərgə qüvvələrinə hücum edib.

Silahlı insident İraqın Səlahəddin vilayətində qeydə alınıb.

Vilayətin Tuzhurmatu rayonunun üç ayrı kəndinə hücum edən İŞİD terrorçuları iki peşmərgəni qətlə yetirib, 6  nəfəri isə yaralayıblar.
 
Tuzhurmatu rayon icra başçısı Şelal Abdul bu barədə açıqlama verib: "Kərkükün Havice rayonuna nəzarət edən İŞİD terrorçuları rayonun üç ayrı kəndinə eyni anda hücum təşkil ediblər. Mosulda İŞİD məğlubiyyətə düçar olduğu üçün terrorçuları başqa ərazilərə yönləndirir.
 
Peşmərgə silahlıları tərəfindən mühafizə edilən Tuzhurmatu rayonuna aid Abbud, Hıleve və Bir Ahmet kəndlərinə təşkil edilən hücumda 2 nəfər həlak olub, 6 nəfər isə yaralanıb"./olke.az
 
İcmal.Az

RƏYLƏR