İŞİD liderinin növbəti dəfə ölüm xəbəri yayıldı

OXUNUB: 747 DÜNYA
İŞİD terror təşkilatının lideri Əbubəkir əl-Bağdadinin Rakka şəhərinə hava zərbəsi zamanı öldürüldüyü barədə xəbər yayılıb.

Bu barədə "Daily Mail" qəzeti Suriya Dövlət Televiziyasına istinadən məlumat yayıb.

Ancaq terrorçuların "Amaq" saytı bunu təsdiqləyən məlumat yaymayıb.

Qeyd edək ki, indiyə qədər KİV-də bir neçə dəfə İŞİD liderinin öldürülməsi barədə xəbər yayılsa da, bu, təsdiqini tapmayıb. /apa
 
İcmal.Az

RƏYLƏR