İŞİD Neymarı hədəf aldı: “Biz təhlükəsiz yaşamadıqca...”

OXUNUB: 807 İDMAN

İŞİD terror təşkilatı Rusiyada təşkil ediləcək "2018 Dünya Kuboku”nu bu dəfə dünyanın ən bahalı transferinin fotosu ilə təhdid edib.

Ferror təşkilatının Lionel Messidən sonra hədəfi "PSJ”-nin ulduzu Neymar olub.

Sosial mediada İŞİD-in dəstəkçiləri olan bəzi səhifələr Neymarın fotoşop edilmiş fotolarını paylaşıb və "2018 Dünya Kuboku"na ev sahibliyi edəcək stadionları havaya uçuracağını yazıb.

Yeni yayımlanan başqa bir fotoda Neymar və Messi əsir kimi görüntülənib. Üzərində İŞİD bayrağı olan Messi ölü halda, Neymar isə diz çökmüş formada təsvir edilib. Fotonun altında isə "biz müsəlman ölkələində təhlükəsizyaşamadıqca, siz əylənməyəcəksiniz” yazılıb.

Qeyd edək ki, İŞİD terror təşkilatı daha öncə "Barselona"nın ulduzu Linonel Messinin fotosunu paylaşaraq "bizi gözləyin" mesajını vermişdi./publika

İcmal.Az

RƏYLƏR