İŞİD silahlıları Kərkükdə iki kəndi ələ keçirib

OXUNUB: 647 DÜNYA

İŞİD terrorçuları İraqın şimal-qərbində, Kərkük şəhəri yaxınlığında iki kəndi işğal ediblər.

Bu barədə "Al-Sumaria" telekanalı mənbəyə istinadən xəbər verib.
Qeyd olunur ki, terrorçuların gəlişi vaxtı kəndlərin onlarla sakini evlərindən qaçıb. Hazırda terrorçularla hökumət qüvvələri arasında atışma gedir.
Daha əvvəl İraq ordusu ölkənin şimalında Kərkükü - vilayətin eyniadlı inzibati mərkəzini ələ keçirib. İraq hökuməti bildirib ki, orduya yerli kürdlərlə hər hansı qarşıdurmaya getməmək barədə və ancaq özünümüdafiə çərçivəsində hərəkət etmək əmri verilib./report

 

İcmal.Az

RƏYLƏR