İŞİD terrorçuları Filippində 13 dəniz piyadasını öldürdü

OXUNUB: 718 DÜNYA
Filippində İŞİD terrorçuları Amerikanın 13 dəniz piyadasını qətlə yetirib.

Dəniz piyadaları terrorçuların işğal etdiyi Maravi şəhərini azad etmək üçün keçirilən əməliyyatlar nəticəsində qətlə yetirilib. Bu barədə hərbçilərin nümayəndəsi Co-Ara Xerreru məlumat verib.

Filippin prezidenti Mindanao vilayətində hərbi vəziyyət elan edib. Buna səbəb isə ordu qüvvələrinin İŞİD terrorçuları ilə toqquşması olub. Duterte qeyd edib ki, Mindanaoda hərbi vəziyyət bir il davam edə bilər. Əsas qaynar nöqtə isə Maravi şəhəridir. Burada baş verən döyüşlərdə 500 terrorçu iştirak edib./olke.az
 

İcmal.Az

RƏYLƏR