İşığı yandıranda asılmış meyit gördü - DƏHŞƏTLİ HADİSƏNİN TƏFƏRRÜATI - YENİLƏNİB

OXUNUB: 692 HADİSƏ
Dünən Sumqayıt şəhərinin Corat qəsəbəsində baş vermiş intihar hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

İcmal.Az lent.az-a istinadən bildirir ki, ilkin araşdırmalardan sonra məlum olub ki, özünü asaraq intihar edən 31 yaşlı Emin Haşımov əsəb xəstəsi olub və dəfələrlə ruhi-əsəb dispanserində müalicə olunub. Onun asılı vəziyyətdə qalmış meyitini tapan atası Rafiq Haşımov bildirib ki, oğlunun evdə olmadığını görəndə ilk olaraq onun dənizə getdiyini düşünüb. Lakin daha sonra hamama daxil olmaq istəyərkən o, qapının arxadan bağlı olduğunu görüb. Rafiq Haşımov daha sonra qüvvətlə qapını itələyib və arxadakı dirək yerə düşüb. Hamamın işığını yandıran ata oğlunun asılı vəziyyətdə qalmış meyitini tapıb.

-----------



Sumqayıt şəhərində intihar hadisəsi baş verib.

İcmal.Az xəbər verir ki, Sumqayıt şəhər prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə şəhərin Corat qəsəbəsində baş verib. Qəsəbə sakini, 1986-cı il təvəllüdlü Həşimov Emil Rafiq oğlu yaşadığı 501 saylı evin hamamında özünü asıb.

İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çartdırma) maddəsilə cinayət işi başlanıb.
 
İcmal.Az

RƏYLƏR