İşıqforda arvadını başqa maşında kişiylə gördü - Qabaqların kəsən ər bıçaqla... - FOTO

OXUNUB: 954 DÜNYA HADİSƏ
Türkiyənin Denizli şəhərində boşanmaq üzrə olduğu həyat yoldaşını başqa kişi ilə birlikdə görən ər, arvadının məşuqunu bıçaqlayıb.

Hadisə Denizlinin Merkezefendi mahalındakı bir prospektdə işıqforun qırmızı işığı zamanı yaşanıb.

Boşanmaq üzrə olduğu arvadını məşuqu Adəm A. ilə (33) 64 BB 915 nömrəli avtomobilin içərisində görən Osman Ö. (36) maşının qabağını kəsərək Adəm A. -nı və arvadını aşağı düşürüb. Maşından enən Adəm A. -ya bıçaqla hücum edən Osman Ö. onu sinəsindən və qolundan bıçaqlayıb.

Yaralı şəxsə ilk müdaxiləni vətəndaşlar edib. Əczaxanaya aparılan Adəm A. burada edilən müdaxilənin ardından təcili yardımla Dənizli Dövlət Xəstəxanasına çatdırılıb. Şübhəli Osman Ö. isə bir avtomobillə hadisə yerindən uzaqlaşıb.

Polis qaçan Osman Ö.-nün tapılması üçün axtarışa başlayıb. 

Qadının ifadəsi alınmaq üçün təhlükəsizlik idarəsinə aparılıb.

Hadisə ilə əlaqədar araşdırma başladılıb./milli.az
 
 
İcmal.Az

İşıqforda arvadını başqa maşında kişiylə gördü - Qabaqların kəsən ər bıçaqla... - FOTO
İşıqforda arvadını başqa maşında kişiylə gördü - Qabaqların kəsən ər bıçaqla... - FOTO

RƏYLƏR