İslam Oyunlarında gənclərin əvəzsiz rolu oldu

OXUNUB: 996 İDMAN
"Azərbaycan adını bir daha tarixə qızıl hərflərlə yazmağa nail ola bildi. IV İslam Həmrəylik Oyunlarının paytaxt Bakıda möhtəşəm təşkili bütün İslam ölkələrinə həmrəylik nümunəsini sübut etdi. Azərbaycan tarix boyu multikultural dəyərlərə sahib çıxmağa çalışmış hər zaman bütün dünya dinlərinin dəyərlərinə sahiblənib. İslam dəyərlərinin ölkəmizdə daha çox insanların inanc sahəsi olması, İslam ölkələri ilə güclü və strateji əməkdaşlıq Azərbaycanda İslam Oyunlarının keçirilməsinə birbaşa təsir edə bildi".
 
Bu sözləri İrəli İctimai Birliyinin sədri Mirhəsən Seyidov deyib. İrəli sədri bildirib ki, 50-dən çox islam ölkəsinin həmrəyliyi nəticəsində Azərbaycan bir daha böyük idman ölkəsi olduğunu ölkə başçısı İlham Əliyevin siyasi iradəsi nəticəsində ortaya qoydu.
 
"Məhz bu səbəbdən Azərbaycan milli komandası yarışları birinci yerdə başa vurub - 75 qızıl, 50 gümüş, 37 bürünc medallarla I yerə sahiblənə bildi.I vitse-prezident, təşkilat komitəsinə rəhbərlik edən Mehriban Əliyeva tərəfindən təşkil olunan oyunlar ən yüksək səviyyədə təşkilatçılıq nümunəsi idi. Azərbaycan üçün çox çətin və məsuliyyətli bir missiyanın öhdəsindən gəldi təşkilat komitəsi. İstər təşkilatçılıq, istər qarşılanma, istər şəhərimizdəki qonaqlarımızda Azərbaycan haqqında xoş təəssüratın yaradılmasında gənclərimiz rolu danılmaz və əvəzsizdir. Tədbirlərin təşkilində yaxından iştirak edən, könüllü fəaliyyəti nəticəsində rəğbət qazanmış könüllülər oyunları daha da yadda qalan edə bildi. Bu həm də gənclər üçün böyük bir təcrübə idi. Avroviziya mahnı müsabiqəsi, Avropa Oyunları, Formula 1 kimi böyük və mötəbər tədbirlərdən sonra artıq gənclər arasında möhtəşəm könüllülər komandası formalaşıb. Bağlanış mərasimində edilən təşəkkürlər də məhz gənclərə yönəlmişdi. İRƏLİ İctimai Birliyi sıralarında yer alan çox aktiv üzvlər də, oyunlarda yaxından təşkilatçı və könüllü qismində iştirak edirdi. Onlar da böyük idman oyunlarının bir parçasına çevrilə bildi.
Əminəm ki, ölkəmizdə bu il yenidən keçiriləcək Formula1, qadınlar arasında voleybol üzrə Avropa çempionatı və 2020-ci ildə futbol üzrə Avropa çempionatının oyunlarında gənclər bugün kimi hazır komanda şəklində öz dəstəyini nümayiş etdirəcəkdir". /modern
 
İcmal.Az

RƏYLƏR