İslamiada: Azərbaycan medal sayına görə liderlər arasında — SİYAHI

OXUNUB: 1257 index-manşet İDMAN
IV İslam Həmrəyliyi Oyunlarında bu günün nəticələrinə əsasən qazandığı medalların sayına görə, Azərbaycan ikinci yerdədir.


İcmal.Az Trend-ə istinadən bildirir ki, bu gün komandalarımız hesablarına 9 qızıl, 4 gümüş və 4 bürünc medal yazdıra biliblər.

Cəmi Azərbaycanın aktivində 59 qızıl, 33 gümüş və 24 bürünc medal var. Türkiyə 60 qızıl, 52 gümüş və 43 bürünc medalla birinci pillədə qərarlaşıb. Üçüncü yeri isə 16 qızıl, 22 gümüş və 29 bürünc medal ilə İran tutur.
 



RƏYLƏR