İslamiada: Səngər stendi üzrə yarışda Azərbaycan millisi qalib gəlib

OXUNUB: 902 İDMAN

Azərbaycan millisi Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında səngər stendi üzrə qarışıq komanda yarışlarında qalib gələrək qızıl medala sahib olub.

İcmal.Az xəbər verir ki, finalda yığmamıza qızıl medalı 43 xal toplayan Əli Hüseyinli və Aydan Camalova qazandırıblar.

Komandamız həlledici qarşılaşmada türkiyəli Oğuzxan Tuzun və Nihan Gürer duetindən üstün olub.

Yarışda üçüncü yeri Qətər komandası tutub.

İcmal.Az

RƏYLƏR