İsmayıllı sakini ot yükləyərkən yıxılıb öldü

OXUNUB: 513 HADİSƏ

İsmayıllı rayonunda bədbəxt hadisə baş verib.

İcmal.Az-ın APA-ya istinadla xəbərinə görə, rayonun Lahıc qəsəbə sakini, 1967-ci il təvəllüdlü Allahyarov Məmmədağa Məhəmməd oğlu yük maşınına ot yığarkən ehtiyatsızlıq edib və nəqliyyat vasitəsinin üstündən yerə yıxılıb.

Ağır kəllə-beyin travması alan M.Allahyarov təcili tibbi yardım stansiyasının maşını ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasınının reanimasiya şöbəsinə çatdırılsa da, orada ölüb.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

İcmal.Az

RƏYLƏR