İsrail HHQ Qəzza zolağına hava zərbələri endirib tutublar

OXUNUB: 49 DÜNYA
İsrail aviasiyası Qəzza zolağında silahlılarının mövqelərinə hava zərbələri endirib.

İCMAL.az-ın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, İsrailin hava zərbələri bir qədər avvəl anklavdan ölkə ərazisinə atılan raketlərə cavab olaraq həyata keçirilib.

Məlumata əsasən, ötən gecə Qəzza zolağından İsrail ərazisinə 10 raket buraxılıb, bunlardan 8-i "Dəmir Günbəz" hava hücumundan müdafiə sistemi vasitəsi ilə zərərləşdirilib. Raketlərdən biri ölkənin cənubundakı Sderot şəhərində yaşayış binasına düşüb.

Bildirilir ki, insident nəticəsində xəsarət alan olmayıb, binaya maddi ziyan dəyib.

RƏYLƏR