İsrail İranın hərbi bazasını bombaladı

OXUNUB: 625 DÜNYA

İsrail Hərbi Hava Qüvvələri İranın Suriyadakı hərbi bazasını bombardman edib.

Aviazərbələr Dəməşqdən 13 kilometr aralıda Əl Kisvayada yerləşən hərbi bazaya endirilib.

Hava hücumundan sonra ərazidən güclü partlayış səsləri eşidilib və elektrik enerjisi kəsilib. Suriya hökuməti qoşunları İsrail qırıcılarını cavab atəşinə tutublar.

İsrailin rəsmi şəxsləri hadisə ilə bağlı  açıqlama verməkdən imtina ediblər. /oxu

İcmal.Az

RƏYLƏR