İsrailli politoloq Dağlıq Qarabağda

OXUNUB: 851 SİYASƏT
İsrailli politoloq Aviqdor Eskin Dağlıq Qarabağa səfər edərək, separatçı rejimin nümayəndələri ilə görüşlər keçirib.

İcmal.Az virtualaz.org-a istinadən xəbər verir ki, Aviqdor Eskin işğal altında olan Azərbaycan torpaqlarında çıxış edərək bildirib: "Mən bura yalnız ona görə gəlməmişəm ki, nəsə danışım, həm də gəlmişəm ki, öyrənim. Bəşəriyyətə xeyli məşhur şəxslər bəxş etmiş erməni xalqı diqqətə və hörmətə layiqdir, onun təcrübəsi bütün insanlar tərəfindən dərk edilməlidir".

Məlumata görə, Aviqdor Eskin, həmçinin "DQR" parlamentini ziyarət edib və burada Dağlıq Qarabağ münaqişəsi barədə fikir mübadiləsi aparıb.

Qeyd edək ki, Dağlıq Qarabağa icazəsiz səfər edən əcnəbi vətəndaşlar Azərbaycan XİN-in "qara siyahı"sına daxil edilir və sonradan onlara ölkəmizə giriş yasaqlanır.
 
İcmal.Az

RƏYLƏR