İşsizlik müavinəti 3 dəfə artacaq

OXUNUB: 920 İQTİSADİYYAT
"Hazırda Milli Məclisdə "İşsizlikdən sığorta haqqında” qanun layihəsinin müzakirəsi gedir”.


İcmal.Az-ın APA-ya istinadən məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov AŞPA-nın Sosial Məsələlər, Sağlamlıq və Dayanıqlı İnkişaf və Avropa Şurasının Avropa Sosial Xartiyası Departamentinin birgə təşkilatçılığı ilə Bakıda keçirilən "Avropa Sosial Xartiyası prizmasında Azərbaycanda sosial-iqtisadi hüquqların möhkəmləndirilməsi” adlı milli parlament seminarında deyib.
 
O bildirib ki, bu il məşğulluq məsələlərinə az - cəmi 27 milyon vəsait ayrılıb: "Ayrıca Azərbaycan prezidenti İlham Əliyev tərəfindən ehtiyat fondundan 6 milyon ayrılıb. Nəzərdə tutulur ki, qanun qəbul olunacaq və 2018-ci il yanvarın 1-dən qüvvəyə minəcək. Bu baş verərsə, həmin məbləğ 90 milyondan artıq olacaq. Nəticədə məşğulluq proqramlarının təminatına, işsizlik müavinətinin 3 dəfə artmasına imkan verəcək”. 
 
İcmal.Az

RƏYLƏR