İşsizlikdən sığorta vəsaitlərinin mənbələri açıqlanıb

OXUNUB: 915 İQTİSADİYYAT
Azərbaycanda işsizlərə sığortadan ödəniləcək vəsaitlərin mənbələri müəyyənləşib.


İcmal.Az APA-ya istinadən xəbər verir ki, bu, yeni hazırlanan "İşsizlikdən sığorta haqqında" qanun layihəsinin 21-ci (İşsizlikdən sığorta vəsaitlərinin mənbələri) maddəsində əksini tapıb.
 
Göstərilən maddədə qeyd edilib ki, işsizlikdən sığorta vəsaitləri aşağıdakı mənbələr hesabına formalaşır:
- bu qanunla müəyyən qaydada ödənilən sığorta haqqları;
- bu qanunun tələblərinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş inzibati xətalara görə tətbiq olunan inzibati cərimələrdən daxilolmalar;
- "Qran haqqında” qanuna uyğun olaraq verilən qrantlar, ianələr və yardımlar;
- bank kreditləri;
- qanunla və müvafiq icra hakimiyyəti orqanı tərəfindən nəzərdə tutulan digər mənbələr;
 
Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub. 
 
İcmal.Az

RƏYLƏR