İstanbul valisinin erməni sevgisi, İmamoğlu ermənilərə təbrik ünvanladı

OXUNUB: 604 DÜNYA SİYASƏT

Son günlər qardaş Türkiyədə Ermənistana hədsiz dərəcədə sevgi özünü büruzə verir. Rəsmi Ankaranın Ermənistana koronavirusa görə, yardım qərarından sonra İstanbul Böyükşəhir Bələdiyyəsinin sədri Əkrəm İmamoğludan ermənilərə təbrik mesajı ünvanlanıb.

Newscenter.az xəbər verir ki, Əkrəm İmamoğlu özünün tvitter hesabından Türkiyədə yaşayan erməniləri Pasxa günü münasibətilə təbrik edib. Bələdiyyə sədri ermənilərə xitabən qeyd edib ki, əsl bayramı el birliyi ilə bu çətin günləri dəf etdikdən sonra birlikdə qeyd edəcəyik:

"Erməni vətəndaşlarımızın Pasxa bayramını səmimi qəlbdən təbrik edirəm".

Əkrəm İmamoğlu hətta erməniləri onların öz diliylə də təbrik etməkdən yayınmayıb. Bələdiyyə sədri bayram təbrikini ermənicə də yazıb: 

"Şinorhavor Surp Zadig"

7News.Az

RƏYLƏR