İstanbulda törədilən terrorun təkilatçısı Tbilisidə məhv edildi

OXUNUB: 680 DÜNYA

Ötən gün Gürcüstan paytaxtı Tbilisidə keçrilən antiterror əməliyyatı nəticəsində zərərsizləşdirilən terrorçular arasında İstanbulun Atatürk hava limanında törədilən terror aktının təşkilatçılarından biri də var.

İcmal.Az Report-a  istinadən xəbər verir ki, bu, "Tək qol” ləqəbli terrorçu Əhməd Receboviç Çatayevdir. 

Məlumata görə, Ə.Çatayev 2012-ci ildən terrorçu İŞİD qruplaşmasının dəstə başçılarından biri olan Ömər Şişani ilə birlikdə fəaliyət göstərib. Ə.Çatayev ötən gün Tbilisidə məhv edilib. 

Qeyd edək ki, noyabrın 22-də Tbilisidə keçirilən antiterror əməliyyatı nəticəsində çeçen əsilli 3 terrorçu zərərsizləşdirilib, biri tutulub.

Xatırladaq ki, 2016-cı il iyunun 28-də Türkiyənin Atatürk hava limanında 3 terrorçu-kamikadze terror aktları törədib. Üç partlayış nəticəsində 47 nəfər həlak olub, 250-yə yaxın insan xəsarət alıb.

İcmal.Az

RƏYLƏR