İstanbulda "XVII TÜRK DÜNYASI GƏNCLİK GÜNLƏRİ VƏ QURULTAYI" keçirilir - FOTOLAR

OXUNUB: 490 index-manşet SİYASƏT
İcmal.az xəbər verir ki, bugün İstanbulda Türk Xalqları Konseyi və  Dünya Türk Gəncləri Birliyinin təşkilatçılığı ilə "XVII TÜRK DÜNYASI GƏNCLİK GÜNLƏRİ VƏ QURULTAYI"nın açılış mərasimi keçirilib. 
Tədbirdə 42-ə yaxın ölkədən 100-ə yaxın nümayəndə iştirak edib. 
Qurultayı giriş sözü ilə "Türk Halkları Konseyi"nin başkanı Mahmud Oral açaraq  Qurultayın türk dünyasında oynadığı mühüm roldan danışdı.
Dünya Türk Gəncləri Birliyinin sədri Əkrəm Abdullayev isə çıxışında Qurultayın tarixi əhəmiyyətindən danışdı: "Bizim üzərimizə düşən əsas vəzifə türk dilini, mədəniyyətini qorumaq, yaşatmaq və gələcək nəslə sağlam şəkildə çatdırmaqdan ibarətdir. Bugün türkdilli ölkələrin bir araya gəlməsi üçün ciddi təşkilatlar yaradılıbdır."
Tədbir müxtəlif mövzular ətrafında panel müzakirələr formatında davam etdi.
Məlumat üçün qeyd edək ki, Qurultay 22-25 may tarixlərində reallaşacaq.
 
İcmal.Az
 
 
 
 
 


RƏYLƏR