İsveç baş nazirinin müşaviri istefa verdi

OXUNUB: 224 Özəl DÜNYA
İsveçin baş naziri Ulf Kristerssonun müşaviri Peter Maqnus Nilsson qeyri-qanuni olaraq ilan balığı ovladığının üzə çıxmasından sonra istefa verib. 

7NEWS.az xəbər verir ki, Nilsson sosial media hesabından verdiyi açıqlamada Baş Nazirlikdəki məsləhətçi vəzifəsindən ayrıldığını açıqlayıb. Ölkədə "PM Nilsson" kimi tanınan Nilsson 20 oktyabr 2022-ci ildə Baş nazir Ulf Kristerssonun müşaviri təyin edilib. Nilsson İsveç Dəniz və Su Təsərrüfatı Agentliyinin qeyri-qanuni balıq ovu ilə bağlı təşkil etdiyi əməliyyatda yaxalanıb və hadisə yanvarın 18-də mətbuatda dərc olunub. 

Ana müxalifətdə olan Sosial Demokrat Partiyası Nilssonun istefasını tələb edib.  

7NEWS.az

RƏYLƏR